...

ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 21-də Bakıya gələcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Yanvar 2010 11:23 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ) yanvarın 21-də Azərbaycana səfər edəcəklər.
ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 21-də Bakıya gələcəklər

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir E.Tariverdiyeva/

ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ) yanvarın 21-də Azərbaycana səfər edəcəklər. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov bildirib.

"Həmsədrlər Yerevan səfərindən sonra yanvarın 21-də Bakıya gələcəklər", - Poluxov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti