...

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Azərbaycanda əsirlikdə olan 6 erməni hərbçisinə baş çəkib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Yanvar 2010 14:46 (UTC +04:00)
BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva bazar ertəsi Trend News-a bildirib ki, yanvarın 15-də baş tutan başçəkmə zamanı əsirlərin saxlanma şəraitinin monitorinqi keçirilib və onlarla təkbətək söhbət aparılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Azərbaycanda əsirlikdə olan 6 erməni hərbçisinə baş çəkib

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycanda əsirlikdə olan 6 erməni hərbçisinə baş çəkib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva bazar ertəsi Trend -a bildirib ki, yanvarın 15-də baş tutan başçəkmə zamanı əsirlərin saxlanma şəraitinin monitorinqi keçirilib və onlarla təkbətək söhbət aparılıb.

Görüş konfidensial olduğundan ətraflı məlumat verilmir.

Ermənistan Ordusunun əsgərləri Qrant Markosyan, Alik Tevosyan və Artur Sarkisyan fevralın 27-dən 28-nə keçən gecə Ağcabədi rayonunun Minaxorlu kəndi istiqamətində təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər.

Harutunyan Ohan Vadinagiyeviç və Tomasyan Gevorq Serjikoviç mayın 31-də qoşunların təmas xəttində Goranboy rayonu ərazisində, Karen Noriqoviç Harutunyan isə iyulun 15-i axşam Gədəbəy istiqamətində Azərbaycan tərəfə keçiblər.

Erməni əsgərləri əsir düşmələrini ordunun baxımsız vəziyyətdə olması və ordudakı özbaşınalıqla əlaqələndiriblər.

Yanvarın 10-da isə 52 yaşlı Yegişe Qevorkyan və onun həyat yoldaşı Ruzanna Mardanyan 3, 6 və 7 yaşlı uşaqları ilə birgə avtomobildə sərhəd maneələrini aşaraq Ermənistan-Azərbaycan sərhədini keçib və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə daxil olublar.

Xəbər lenti

Xəbər lenti