...

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinq baş tutmadı - Azərbaycan Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2010 15:10 (UTC +04:00)
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində bu gün keçirilməli olan monitorinq texniki səbəblərdən baş tutmayıb.
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinq baş tutmadı - Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində bu gün keçirilməli olan monitorinq texniki səbəblərdən baş tutmayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri monitorinq keçirmək üçün nəzərdə tutduqları ərazini xəritədə səhv sifariş etdiklərinə görə texniki səbəblərdən tədbir baş tutmayıb", - məlumatda deyilir.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 22-də Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılırdı.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti