...

Ermənistan silahlı qüvvələrinin bölmələri üç istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2010 10:06 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan silahlı qüvvələrinin bölmələri üç istiqamətdə atəşkəsi pozub

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Müdafiə Nazirliyi mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, erməni hərbçiləri iyulun 15-də saat 06:30-dan 07:00-dək, saat 07:55-dən 08:10-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 12:30-dan 12:55-dək, saat 16:30-dan 16:40-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 23:00-dan 23:35-dək Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti