...

Dağlıq Qarabağın azərbaycanlı icması Rusiyanın münaqişənin həlli istiqamətindəki aktiv siyasətini yüksək qiymətləndirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2010 12:48 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icması Rusiyanın problemin həlli istiqamətindəki aktiv siyasətini yüksək qiymətləndirir.
Dağlıq Qarabağın azərbaycanlı icması Rusiyanın münaqişənin həlli istiqamətindəki aktiv siyasətini yüksək qiymətləndirir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir T.Hacıyev/

Dağlıq Qarabağın azərbaycanlı icması Rusiyanın problemin həlli istiqamətindəki aktiv siyasətini yüksək qiymətləndirir.

"Milliyyətindən, vəzifəsindən, işindən asılı olmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərənlərə yalnız minnətdarlıq edə bilərəm. Bu baxımdan, Rusiyanın da Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv siyasətini yüksək qiymətləndiririk", - bu barədə cümə günü Trend-ə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Həştərxanda qəbul etdikləri deklarasiyaya münasibətini bildirən "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov bildirib.

Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunu olaraq Bəyannamə imzalanıb və həmin sənəd hərbi əsirlərin qaytarılmasını nəzərdə tutur, humanitar xarakter daşıyır. Rusiya Prezidenti Dmitri Medvedevin sözlərinə görə, xüsusi Bəyannamə etimad tədbirlərinin möhkəmləndirilməsinə yönəldilib.

Səfərov ATƏT-ə daxil olan ölkə başçılarının Astana Sammitinə ümidlə yanaşdığını deyib.

"Mənim və rəhbərlik etdiyim icmanın arzusu da, hər bir azərbaycanlının da arzusu budur ki, Qarabağ işğaldan azad edilsin", - Səfərov bildirib.

ATƏT sammiti dekabrın 1-2-də Astanada keçiriləcək. Sammitdə təşkilata 56 üzv ölkənin, 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, eləcə də 68 beynəlxalq təşkilatın rəhbəri iştirak edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti