...

Rəsmi Bakı Ermənistanı qanunsuz seçkilər keçirməməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2011 12:34 (UTC +04:00)
Rəsmi Bakı Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz seçkilər keçirməməyə çağırır.
Rəsmi Bakı Ermənistanı qanunsuz seçkilər keçirməməyə çağırır

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir S.Ağayeva/

Rəsmi Bakı Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz seçkilər keçirməməyə çağırır.

Ermənistanın kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində bu il sentyabrın 18-də "yerli özünü idarəetmə orqanlarına" "seçkilər" keçirilməsi nəzərdə tutulub.

Azərbaycanın Xarici İşlər Nazirliyi bir daha bəyan edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim Ermənistan tərəfindən bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində yaradılmış qanunsuz strukturdur.

"Qondarma "seçkilər" Ermənistanın işğalçı siyasətini ört-basdır etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək məqsədilə təşkil edilir", - XİN-in bəyanatında deyilir. Trend-in məlumatına görə, bu barədə naziriliyin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, Azərbaycan Ermənistan tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz destruktiv addımlarını dayandırmağa və bunun əvəzində münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə davamlı nizama salınması üçün danışıqlar prosesində xoş niyyət və konstruktiv mövqe nümayiş etdirməyə çağırır.

Xəbər lenti

Xəbər lenti