Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Mehdiyev/
Bu gün Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı şuşalılar Şəhidlər xiyabanını ziyarət ediblər.
"Bu gün burada bu qədər əhalinin iştirakı bizdə bir daha əminlik yaradır ki, ali baş komandanın əmri ilə bütün insanlar döyüşə hazırdır. Bu, bizi əmin edir ki, xalqımız birdir, mütəşəkkildir", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
Onun sözlərinə görə, xalqımız Prezidentin çağırışına hər zaman hazırdırlar.
"İstər hərb, istərsə də sülh yolu ilə biz doğma Şuşamıza qayıtmalıyıq. Şuşa işğaldan azad olunacaq. Bu gün güclü Azərbaycan Ordusu var. Ali baş komandanın əmri olarsa, qısa müddət ərzində torpaqları işğaldan azad edəcəyik", - Səfərov deyib.