...

Azərbaycanın daimi nümayəndəsi BMT-nin baş katibinə Dağlıq Qarabağ probleminə dair məktub göndərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2012 10:52 (UTC +04:00)
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Aqşin Mehdiyev qurumun baş katibi Pan Gi Muna azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları və Ermənistanın həmin hüquqları pozmasına görə məsulliyyəti ilə bağlı məktub göndərib.
Azərbaycanın daimi nümayəndəsi BMT-nin baş katibinə Dağlıq Qarabağ probleminə dair məktub göndərib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Aqşin Mehdiyev qurumun baş katibi Pan Gi Muna azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları və Ermənistanın həmin hüquqları pozmasına görə məsulliyyəti ilə bağlı məktub göndərib. Trend-in məlumatına görə, bu barədə BMT-nin İnformasiya Mərkəzinin saytında yerləşdirilmiş məlumatda deyilir.

Məktubda Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən - Dağlıq Qarabağ və ona bitişik rayonlardan Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan vətəndaşlarının məcburi yerdəyişməsi nəticəsində onların hüquqlarının pozulması vurğulanır. Məktubda işğal edilmiş Azərbaycan ərazilərində etnik ermənilərin yerləşdirilməsi qeyd edilir. Həmçinin Ermənistanın azərbaycanlı məcburi köçkünlərin işğal edilmiş ərazilərdəki mülkiyyətinə girişinə mane olmasına diqqət yönəldilir.

Birləşmiş Millətlər Təşkilatı yanında Azərbaycanın daimi nümayəndəsinin məktubuna azərbaycanlı məcburi köçkünlərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindəki evlərinə qayıtması hüququ haqqında bənd əlavə olunub, həmçinin restitusiya və kompensasiya daxil olmaqla, azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasının nəticələrindən bəhs olunur.

Xəbər lenti

Xəbər lenti