...

Azərbaycanın hakim partiyası: Hillari Klinton Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ-ın qətiyyətini ortaya qoydu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2012 11:20 (UTC +04:00)
Dövlət katibi Hillari Klinton Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ-ın qətiyyətli olduğunu ortaya qoydu.
Azərbaycanın hakim partiyası: Hillari Klinton Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ-ın qətiyyətini ortaya qoydu

Azərbaycan, Bakı, 7 iyun / Trend müxbir M.Əliyev/

Dövlət katibi Hillari Klinton Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ-ın qətiyyətli olduğunu ortaya qoydu. Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib.

Qurbanlı xüsusi vurğulayıb ki, Klinton Bakıda verdiyi açıqlamada 2012-ci ilin Dağlıq Qarabağ münaqişənin həll edilməsi üçün əlverişli fürsət olduğunu bildirib.

"Hillari Klintonun Cənubi Qafqaza səfəri zamanı apardığı danışıqlar bölgə üçün, xüsusən bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün əhəmiyyətlidir", - YAP icra katibinin müavini deyib.

O qeyd edib ki, dövlət katibi həmçinin Azərbaycanın bölgədəki rolu, enerji təhlükəsizliyindəki yerindən danışıb.

Qurbanlı Klintonun səfərinin Azərbaycan-ABŞ əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətli olduğunu bildirib.

"Azərbaycan antiterror koalisiyasının üzvüdür və dünyada terrora qarşı mübarizədə Birləşmiş Ştatlarla birgə iştirak edir. İqtisadi əməkdaşlığımız, geopolitik baxımdan maraqlarımız üst-üstə düşür. Azərbaycan və ABŞ-ın bu bölgədə birgə layihələri var", - o deyib.

Deputat hesab edir ki, iki ölkə arasında əməkdaşlıq kifayət qədər yüksək səviyyədədir və bu, davam edəcək.

Xəbər lenti

Xəbər lenti