...

Hikmət Ərən: Azərbaycan Ermənistan tərəfindən torpaqlarının işğalı nəticəsində 1 milyon insanın haqlarının pozulması dramını yaşayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2012 14:51 (UTC +04:00)
Bu gün Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyon insanın haqlarının pozulması dramını yaşayır.
Hikmət Ərən: Azərbaycan Ermənistan tərəfindən torpaqlarının işğalı nəticəsində 1 milyon insanın haqlarının pozulması dramını yaşayır

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyon insanın haqlarının pozulması dramını yaşayır.

Trend-in məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Türkiyənin Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin rəhbəri Hikmət Ərən deyib.

"Azərbaycan Prezidenti də çıxışında dünya ziyalılarının bir araya gələrək insan haqlarının qorunması sahəsində öz səylərini göstərməsi və bu sahəyə yardım etməsini bir daha vurğuladı. O bildirdi ki, yalnız dünya ziyalıları belə bir problemin həllinə öz töhfələrini verə bilərlər. Ümid edirəm ki, Bakıda keçirilən bu tədbir bu sahəyə öz töhfəsini verəcək və yekun bəyannamədə Azərbaycanın üzləşdiyi problemlər də öz əksini tapacaq", - o bildirib.

Xəbər lenti

Xəbər lenti