...

ATƏT-in qoşunların təmas xəttində keçridiyi monitorinq baş tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2012 13:38 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 7-də Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT-in qoşunların təmas xəttində keçridiyi monitorinq baş tutub

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

ATƏT-in qoşunların təmas xəttində keçridiyi monitorinq baş tutub.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 7-də Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Jiri Aberle keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Xristo Xristov keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti