...

ABŞ-ın Nyu Meksiko ştatının Senatı və Nümayəndələr Palatası Xocalı soyqırımına dair qətnamə qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Fevral 2013 12:52 (UTC +04:00)
ABŞ-ın Nyu Meksiko ştatının Senatı və Nümayəndələr Palatası Xocalı soyqırımına dair qətnamə qəbul edib.
ABŞ-ın Nyu Meksiko ştatının Senatı və Nümayəndələr Palatası Xocalı soyqırımına dair qətnamə qəbul edib

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın Nyu Meksiko ştatının Senatı və Nümayəndələr Palatası Xocalı soyqırımına dair qətnamə qəbul edib.

Trend-in Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yekdilliklə qəbul edilmiş qətnamədə 1988-ci ildən bəri Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi və 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən 600-dən artıq azərbaycanlının, o cümlədən uşaq, qadın və yaşlıların xüsusi amansızlıqla qətlə yetirildiyi və 1200-dən artıq insanın əsir götürüldüyü qeyd olunur. Beynəlxalq təşkilatların hesabatlarında, ABŞ-ın və dünyanın bir sıra xəbər agentliklərində Xocalı soyqırımını işıqlandırıldığı, dünyanın müxtəlif dövlətləri tərəfindən soyqırımın pisləndiyi göstərilir.

Qətnamədə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin bu günə kimi davam etdiyi, Azərbaycan ərazilərinin 20 faizinin, o cümlədən Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğal olunduğu vurğulanır. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyən BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən müvafiq qətnamələrin qəbul edildiyi göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti