...

Heydər Əliyev Mərkəzi Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2013 18:07 (UTC +04:00)
Heydər Əliyev Mərkəzi Azərbaycan tarixi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə daha geniş yayılması istiqamətində bir sıra tədbirlərə başlayıb.
Heydər Əliyev Mərkəzi Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirir

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Heydər Əliyev Mərkəzi Azərbaycan tarixi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə daha geniş yayılması istiqamətində bir sıra tədbirlərə başlayıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bu məqsədlə ilk olaraq Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə faciə qurbanlarının xatirəsinə həsr olunan bukletlər nəşr edilib. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə yayılacaq "Xocalı soyqırımı" adlı bu nəşrdə ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi insanlıq əleyhinə cinayət-soyqırımı, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə faktlar öz əksini tapıb.

Bununla yanaşı, Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının xarici ölkələrdəki 15-dək diplomatik nümayəndəliyində foto sərgilərin təşkili nəzərdə tutulur. Bu sərgilərdə 1992-ci il fevralın 26-da Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı törədilmiş soyqırımını əks etdirən fotolar, bu barədə dünya mətbuatında yayımlanmış materiallar təqdim edilir.

Mərkəzin təşəbbüsü ilə ölkədən kənarda təşkil olunan sərgi və dəyirmi masalarda Ermənistan silahlı qüvvələrinin Xocalıda uşaq, qadın və qocaları işgəncələrlə qətlə yetirməsinə dair fotolarla yanaşı, faciəyə həsr olunan film də nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti