...

Əli Həsənov: Xocalı soyqırımını törədənləri, Koçaryanı, Sarkisyanı, Qorbaçovu da beynəlxalq məhkəməyə vermək lazımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2013 16:00 (UTC +04:00)
Xocalı soyqırımını törədənləri, Koçaryanı da, Sarkisyanı da, Qorbaçovu da beynəlxalq məhkəməyə, tribunala vermək lazımdır, Trend-in məlumatına görə, bunu cümə günü Türkiyənin Azərbaycandakı Səfirliyində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Əli Həsənov: Xocalı soyqırımını törədənləri, Koçaryanı, Sarkisyanı, Qorbaçovu da beynəlxalq məhkəməyə vermək lazımdır

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İzzət/

Xocalı soyqırımını törədənləri, Koçaryanı da, Sarkisyanı da, Qorbaçovu da beynəlxalq məhkəməyə, tribunala vermək lazımdır. Trend-in məlumatına görə, bunu cümə günü Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Həsənov qeyd edib ki, Xocalı faciəsi dünyada ən dəhşətli soyqırımlardan biridir.

"II dünya müharibəsində yəhudi soyqırımını törədənlərin hamısı cəzalandırıldı. Amma təəssüf ki, Xocalı soyqırımını törədənlər cəzalandırılmayıb", - Həsənov deyib.

Baş nazirin müavininin sözlərinə görə, təəssüf ki, materiallar hələ tam toplanmayıb.

"Amma bu iş davam edir. Ümid edirik ki, Azərbaycan beynəlxalq hüquq normalarından istifadə edəcək. Təəssüf ki, bu gün insan hüquqlarından danışan beynəlxalq təşkilatların heç biri bu məsələyə münasibət bildirməyib. Çünki biz azərbaycanlıyıq, çünki biz türkük", - Dövlət Komitəsinin sədri çıxışında vurğulayıb.

Onun sözlərinə görə, lakin Azərbaycan bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün işləri görür və konkret nəticələr artıq görünməyə başlayıb.

Əli Həsənov deyib ki, bu, təkcə bizim yox, bütün türk dünyasının problemidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti