...

Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün aksiya keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2013 14:00 (UTC +04:00)
Fransada fəaliyyət göstərən "Azərbaycan evi" Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə fevralın 23-də Parisdə aksiya təşkil edəcək.
Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün aksiya keçiriləcək

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir E.Mehdiyev/

Fransada fəaliyyət göstərən "Azərbaycan evi" Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə fevralın 23-də Parisdə aksiya təşkil edəcək.

"Azərbaycan evi"dən Trend-ə verilən məlumata görə, aksiyaya geniş kütlə, həmçinin ailələr və uşaqlar da cəlb olunacaq.

Proqramda Xocalı soyqırımı barədə məlumatlar paylanacaq və aksiyada iştirak edən uşaqlar tərəfindən üzərində faciənin qurbanlarının adları yazılmış şarlar uçurdulacaq.

Xocali soyqırımı haqqında dünya mediasında dərc olunmuş materiallar, "Xocalı uşaqların gözu ilə" rəsm əsərləri numayiş keciriləcək meydanda sərgilənəcək.

Tədbirin sonunda Fransa parlamentinə eləcə də, Senata Fransada yaşayan Azərbaycan diasporunun muraciəti təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti