...

Misirin nüfuzlu qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2013 12:46 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfirliyinin bəyanatı əsasında jurnalist Nəzrin Mahranın gündəlik əsasda bir milyon tirajla dünya boyunca yayılan və ərəb dünyasının ən aparıcı qəzeti hesab olunan "əl-Əhram International"da "Xocalı soyqırımı: beynəlxalq ictimaiyyətin susqunluğu" adlı məqaləsi dərc edilib.
Misirin nüfuzlu qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc edilib

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanın Misirdəki səfirliyinin bəyanatı əsasında jurnalist Nəzrin Mahranın gündəlik əsasda bir milyon tirajla dünya boyunca yayılan və ərəb dünyasının ən aparıcı qəzeti hesab olunan "əl-Əhram International"da "Xocalı soyqırımı: beynəlxalq ictimaiyyətin susqunluğu" adlı məqaləsi dərc edilib.

Səfirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məqalədə 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələrinin və 366-cı Sovet hərbi alayının Xocalı şəhərinə hücum etdiyini, 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlı şəxs olmaqla, 613 nəfər azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, 1275 nəfərin əsir götürüldüyünü yazan jurnalist Xocalıdan sonra ermənilərin Azərbaycan torpaqlarının 20 faizini işğal etdiklərini və minlərlə günahsız insanı öldürdüklərini, qaçqın və məcburi köşkün halında yaşamağa vadar etdiklərini qeyd edib.

Müəllif Xocalıya hücumun dəqiqliklə planlaşdırılmış hərbi əməliyyat olduğunu yazaraq, bu faciə ilə əlaqədar Fransa, Almaniya, Rusiya, İngiltərə və ABŞ jurnalistlərinin yazdıqlarından sitat gətirib və ermənilərin özləri tərəfindən də Xocalı qırğınlarının etiraf olunduğunu oxucuların diqqətinə çatdırıb.

Ermənistanın təkziblərinə baxmayaraq, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayıldığını və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırıma hüquqi və siyasi qiymətin verildiyini yazan müəllif İslam Əməkdaşlıq Təşkilatının cari ilin 2-7 fevral tarixlərində Qahirədə keçirilmiş zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçılarının Qahirə Yekun Kommünikesində Xocalı soyqırımını insanlıq əleyhinə cinayət adlandırdıqlarını və milli və beynəlxalq səviyyədə onun soyqırım kimi tanınması üçün israrlı çağırış etdiklərini vurğulayıb.

Jurnalist Xocalıda törədilmiş insanlıq əleyhinə cinayət və soyqırımdan sonra Ermənistanın tarixi saxtalaşdıraraq, "erməni soyqırımı" iddiasını irəli sürməsinin ikrah hissi doğurduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti