...

İsveçrədə Xocalı soyqırımının ildönümünə həsr edilmiş etiraz aksiyası keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2013 14:12 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Bern şəhərində İsveçrədə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş etiraz aksiyası keçirilib.
İsveçrədə Xocalı soyqırımının ildönümünə həsr edilmiş etiraz aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Bern şəhərində İsveçrədə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş etiraz aksiyası keçirilib.

Azərbaycanın İsveçrədəki səfirliyindən Trend-ə verilən məlumata görə, Bern şəhərinin mərkəzi meydanlarının birində keçirilmiş tədbirdə İsveçrədə fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri, bu ölkədə təhsil alan azərbaycanlı təbbəbr və elmi fəaliyyətlə məşğul olan ziyalılar iştirak ediblər.

İki saat ərzində davam etmiş aksiyada çoxsaylı Azərbaycan bayraqları dalğalandırılaraq, "Xocalıya ədalət", "Erməni işğalına son", "Xocalı soyqırımında iştirak edənlər məsuliyyətə cəlb edilsin" və digər şuarları əks etdirən plakatlar qaldırılıb. İsveçrədə təhsil alan tələbələrimiz və diaspor nümayəndələri tərəfındən fəallıqla yerli əhaliyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə də Xocalı faciəsi ilə bağlı dolğun məlumatlar verilib və bu xüsusda yaddaş vərəqələri paylanılıb. Eyni zamanda, etiraz aksiyası zamanı Xocalı faciəsinə dair ingilis, alman və fransız dillərində müxtəlif kitab və broşürlər İsveçrə ictimaiyyəti arasmda yayılıb, qətliamın görüntülərinin əks olunduğu film nümayiş etdirilib.

Keçirilmiş tədbirin xüsusiyyətlərindən biri də Xocalı soyqırımı ilə bağlı Azərbaycan diaspor nümayəndələri tərəfındən hazırlanmış petisiyaya imza toplamaq olub. Xeyli sayda isveçrəlinin imzaladığı petisiya İsveçrə parlamentinə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti