...

Dağlıq Qarabağın Azərbaycanlı İcması beynəlxalq təşkilatlarda petisiyaların davamlı olmasını təklif edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 14:39 (UTC +04:00)
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması Ağ Evin saytında Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı yerləşdirilən petisiyaya ilə bağlı mövqeyini açıqlayıb
Dağlıq Qarabağın Azərbaycanlı İcması beynəlxalq təşkilatlarda petisiyaların davamlı olmasını təklif edir

Azərbaycan, Bakı, 26 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması Ağ Evin saytında Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı yerləşdirilən petisiyaya ilə bağlı mövqeyini açıqlayıb.

İcmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov çərşənbə axşamı Trend-ə bildirib ki, Ağ Evin saytında Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi üzrə petisiyaları ilə bağlı yetərli səsin toplanması artıq özlüyündə bir uğurun göstəricisidir.

"Petisiya üzrə yetər sayın yığılması azərbaycanlıların həmrəyliyinin əyani göstəricisidir. Əsas da olan bu həmrəyliyin qorunub saxlanılmasıdır", - o deyib.

Əkbərov bildirib ki, bundan sonra istər Ağ Evin, istər digər beynəlxalq təşkilatların qarşısında qaldırılan petisiyalar daha qısa zamanda xeyli sayda insan tərəfindən dəstəklənəcəyi ilə bağlı inam yaranıb. "Bu cür davamlı şəkildə həmrəylik nümayiş olunarsa həmin beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyinə münasibət bildirməyə məcbur olacaqlar", - o deyib.

Eyni zamanda Orxan Əkbərov Ağ Ev tərəfdən petisiyaya olan cavabına da münasibət bildirib.

"Biz Ağ Ev tərəfdən petisiyaya olan cavabının daha konkret, daha kəsərli və effektiv olmasını istərdik", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti