...

ABŞ Dövlət Departamenti: Separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazilərini nəzarətdə saxlayırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2013 10:09 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin 2012-ci ildə dünya ölkələri üzrə insan haqlarının vəziyyətinə dair hesabatı açıqlanıb.
ABŞ Dövlət Departamenti: Separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazilərini nəzarətdə saxlayırlar

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İzzət/

ABŞ Dövlət Departamentinin 2012-ci ildə dünya ölkələri üzrə insan haqlarının vəziyyətinə dair hesabatı açıqlanıb.

Trend-in ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, hesabatda qeyd olunub ki, separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağ və Azərbaycanın 7 rayonunu nəzarət altında saxlamaqda davam edirlər.

Hesabatda qeyd olunur ki, Dağlıq Qarabağın yekun statusu Rusiya, Fransa və ABŞ-ın rəhbərliyi ilə ATƏT-in Minsk qrupunun beynəlxalq vasitəçiliyinin predmeti olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti