...

Baş nazir: Türkiyə Cənubi Qafqazda sülh işinə töhfə verir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2014 12:11 (UTC +04:00)
Türkiyə Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması işinə əhəmiyyətli töhfə verir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfərindən əvvəl deyib.
Baş nazir: Türkiyə Cənubi Qafqazda sülh işinə töhfə verir

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması işinə əhəmiyyətli töhfə verir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfərindən əvvəl deyib. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin "TRT Haber" telekanalı xəbər yayıb.

Baş nazirin sözlərinə görə, onun Azərbaycana səfəri zamanı müzakirə olunacaq məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanması olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti