...

Qarabağ həqiqətləri macar oxucularına təqdim olundu (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2015 13:05 (UTC +04:00)
Qarabağ həqiqətləri macar oxucularına təqdim olunub.
Qarabağ həqiqətləri macar oxucularına təqdim olundu (FOTO)

Bakı. Trend:

Qarabağ həqiqətləri macar oxucularına təqdim olunub.

Bu barədə Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumatda bildirilir.

Qeyd olunur ki, Azərbaycan reallıqlarının, xüsusən də işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı həqiqətlərin, erməni separatçılarının xalqımıza qarşı törətdikləri cinayətləri macar ictimaiyyətinə və ölkədə fəaliyyət göstərən beynəlxalq qurumlara çatdırmaq üçün müxtəlif forma və üsullardan istifadə edir. Bu sahədə daha əyani təsəvvür və təəssürat yaratmaq üçün çap siyasətinə daha böyük üstünlük verilir.

Yeni il ərəfəsində səfirliyin təşəbbüsü ilə hazırlanıb nəşr olunan 2016-cı il üçün "Şuşa" tematik təqvimi də həmin məqsədə xidmət edir. Təqvimdə Şuşanın erməni işğalından əvvəlki və işğaldan sonra dövrünü əks etdirən foto-şəkillərdən istifadə olunub. Haqlı olaraq "Qafqazın konservatoriyası" adını qazanan abad və gözəl, tarix və ənənələr baxımından zəngin Şuşa şəhəri ilə erməni vandallarının xarabazarlığa çevirdikləri qorxunc daş qalaqlarından ibarət müasir Şuşanın müqayisəsi xalqımıza və bütünlükdə tarixə, mədəniyyətə, insanlığa qarşı işlənmiş cinayətin miqyası və amansızlığı haqqında aydın təsəvvür yaradır.

Nəşrin ideya müəllifi və buraxılışına məsul olan səfir Vilayət Quliyev təqvimə şəhərin Azərbaycan tarixindəki yeri və erməni işğalı nəticəsində məruz qaldığı ağır itkilər barəsində qısa məlumat da daxil edib.

"Şuşa" təqvimi Budapeştdə akkreditə olunan diplomatik korpus, beynəlxalq təşkilatlar, dövlət idarə və müəssisələri, ali məktəblər, mətbuat nümayəndəlikləri arasında yayılıb. Nəşrin bir hissəsi isə 2013-cü ildə Şuşa ilə qardaşlaşmış macar şəhəri Döndöşə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti