...

AKP: Azərbaycanın qələbəsi Türkiyənin qələbəsidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Aprel 2016 18:00 (UTC +04:00)
Azərbaycanın qələbəsi Türkiyənin qələbəsi olduğu kimi, Azərbaycanın itkiləri də Türkiyənin itkiləridir.
AKP: Azərbaycanın qələbəsi Türkiyənin qələbəsidir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycanın qələbəsi Türkiyənin qələbəsi olduğu kimi, Azərbaycanın itkiləri də Türkiyənin itkiləridir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə həmişə bir-birini dəstəkləyir.

Ö.Çelik qeyd edib: "Azərbaycanın bizim üçün böyük önəmi var. Azərbaycan Türkiyəyə qarşı qardaş münasibətini dəfələrlə göstərib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti