• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Gündəm
  • Dağlıq Qarabağ Münaqişəsi

"Əl-Cəzirə" kanalı: Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək əzmindədir (VİDEO)

7 Dekabr 2016 10:30 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

"Əl-Cəzirə" kanalında dekabrın 6-da Azərbaycanın uğurlu daxili və xarici siyasəti haqqında reportaj efirə gedib. Trend kanala istinadən xəbər verir ki, reportajda Azərbaycanın Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan ilə həmsərhəd olduğu və Xəzər dənizinə çıxışı olduğu qeyd olunaraq, ölkədə müxtəlif millətlərin nümayəndələrinin sülh şəraitində yaşadığı vurğulanır.

Reportajda Azərbaycanın prezident üsul-idarəsinə malik ölkə olduğu, xalqımızın ümummilli və tarixi lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin inkişafı, daxili siyasətin sabitliyi, hakim Yeni Azərbaycan partiyası ilə bərabər qanunverici orqanda müxalifət partiyalarının təmsil olunması və siyasi plüralizm mühiti barədə məlumat verilir.

Azərbaycanın qonşu dövlətlərlə əlaqələrdə və regional siyasətdə tarazlı və müvazinətli xarici siyasət həyata keçirdiyi qeyd olunur. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Əl-Cəzirə" kanalının müxbiri Ömər Kaşramın "Azərbaycanın uğurlu xarici və regional siyasətinin sirri nədədir" sualına cavabında bildirir ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq müstəqil xarici siyasət həyata keçirir, digər dövlətlərin daxili işlərinə qarışmır, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurur.

Verilişdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin Azərbaycanın üzləşdiyi ən ciddi problem olaraq qalmaqda davam etməsi qeyd olunaraq, Azərbaycanın bütün imkanlardan istifadə edərək münaqişəni həll etmək əzmində olduğu vurğulanır.

4 dekabr tarixindən başlayaraq, "Əl-Cəzirə" kanalında Azərbaycan haqqında silsilə verilişlər efirə gedir. 4 dekabr tarixində verilmiş reportajda Azərbaycanın iqtisadi inkişafı, neft-qaz sektoru ilə bərabər qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, ölkəmizin sənaye, turizm, gəmiqayırma, nəqliyyat və logistika sektorunun inkişafı haqqında məlumat verilir.

Your browser doesn't support video.
Please download the file: video/mp4

Your browser doesn't support video.
Please download the file: video/mp4

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Əl-Cəzirə
Digər xəbərlər
"Əl-Cəzirə": Cocuq Mərcanlı kəndində tikinti bumu yaşanır (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 24 May 2018 16:37
"Əl-Cəzirə"nin internet portalında Azərbaycan haqqında növbəti yazı dərc olunub
Cəmiyyət 9 Yanvar 2018 20:11
"Twitter" Əl-Cəzirənin əsas hesabını bağlayıb
Dünya xəbərləri 17 İyun 2017 13:30
Səudiyyə Ərəbistanı "Əl-Cəzirə" telekanalının ofisini bağlayıb
Dünya xəbərləri 5 İyun 2017 21:02
Prezident İlham Əliyev Əl-Cəzirə televiziyasının müxbirinə müsahibə verib
Siyasət 8 Fevral 2017 13:55
Əli Həsənov: Azərbaycan öz ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanmasına sonsuza qədər səbir göstərməyəcək
Siyasət 9 Dekabr 2016 16:42
Xəbər lenti
Türkiyədə ardıcıl şəkildə planlaşdırılan terror aktlarının qarşısı alınıb
Dünya xəbərləri 13:28
Ekspert: Prezident İlham Əliyev xalqı narahat edən daha bir problemin həlli istiqamətində mühüm addım atdı
Siyasət 13:22
Gələn ildən sonsuz ailələr tibbi sığorta hesabına süni mayalanmanı edə biləcəklər
Cəmiyyət 13:16
Bakıda çoxmərtəbəli yaşayış binası sakinləri üçün “Kütləvi çıxarış” kampaniyası keçirildi (FOTO)
İqtisadiyyat 13:11
İmişlidə "Mercedes" piyadanı vurub öldürdü
Hadisə 13:02
Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər işıq üzü görüb
Cəmiyyət 12:58
Nazirlikdən güclü külək XƏBƏRDARLIĞI
Gündəm 12:52
Azərbaycan Prezidenti Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb (FOTO)
Siyasət 12:47
Özünüməşğulluq proqramına cəlb edilənlərin hər birinin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
İqtisadiyyat 12:43
Ən çox oxunanlar
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə – 30 faiz vergi qoyuldu
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb
Azərbaycanda münaqişəli ailələrin sayı artır
Nəzər nöqtəsi
Dilçilik İnstitutunun direktoru: Dilimizdə əcnəbi sözlərdən yersiz istifadə əsas problemlərdəndir

Dilçilik İnstitutunun direktoru: Dilimizdə əcnəbi sözlərdən yersiz istifadə əsas problemlərdəndir

Bəhruz Quliyev: AXCP və "Milli Şura"da toplaşan sözdə demokratlar dövlətin xalq üçün gördüyü işlərdən təlaşlanırlar
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar
Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri