...

Astarada 2 mərmi tapılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2017 13:39 (UTC +04:00)
Astara rayonunda mərmi tapılıb.
Astarada 2 mərmi tapılıb (FOTO)

Bakı. Trend:

Astara rayonunda mərmi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, dekabrın 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Astara rayonu, Ərçivan kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin kənddə keçmiş hərbi hissə ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) və 1 ədəd 120 mm-lik minaatan mərmisi (U-OF-43)) aşkar edilib, havanın qaranlıq olması ilə əlaqədar olaraq aşkar olunmuş mərmilər bu gün zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərmilərin ətrafında 1 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti