...

"Əl-Cəzirə": Cocuq Mərcanlı kəndində tikinti bumu yaşanır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2018 16:37 (UTC +04:00)

Bakı. Trend:

Cocuq Mərcanlı kəndində tikinti bumu yaşanır.

Trend-in Beynəlxalq Avrasiya Mətbuat Fonduna istinadən verdiyi məlumata görə, bunu "Əl-Cəzirə"nin jurnalisti işğaldan azad edilmiş Cocuq Mərcanlı haqqında yazısında qeyd edib.

Müəllif bildirib ki, bu gün Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti bumu yaşanır: "Ötən il ərzində məktəblər, idman obyekləri və yeni tikilmiş məscidin yanında evlər salınıb və onların sayı artırılır. Ölkənin geniş qaz və neft ehtiyatları, infrastruktur və mənzil layihələrinin olması Azərbaycanda müşahidə olunan ümumi mənzərədir, lakin Cocuq Mərcanlının bərpasını vacib edən onun yerləşdiyi mövqedir".

Jurnalist qeyd edib ki, Cocuq Mərcanlı sakinləri Azərbaycanın 1,2 milyondan çox qaçqın və məcburi köçkün əhalisinin bir qismidir. Münaqişə nəticəsində itkin düşənlər, həyatını itirənlər, məcburi köçürülənlər, torpağını itirənlər məhz azərbaycanlılar idi. Azərbaycan torpaqlarının təxminən 20 faizi işğal altındadır. Yalnız Dağlıq Qarabağ bölgəsi deyil, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli də işğal altındadır. Hazırda bu ərazilərdə etnik azərbaycanlı yoxdur.

Onun sözlərinə görə, 20 ildən artıqdır ki, məcburi köçkünlər separatçılar tərəfindən ələ keçirilən evlərinə və torpaqlarına dönməyə ümid edir: "2016-cı ilin aprel ayında ilk dəfə olaraq Azərbaycan hərbçilərinin dördgünlük müharibədə erməni silahlı qüvvələrini əzib onları geri çəkilməyə vadar etməsi ilə təxminən 20 kv.km ərazi Azərbaycanın nəzarəti altına keçdi. Cocuq Mərcanlı müharibə zamanı Azərbaycan əsgərləri tərəfindən tamamilə geri qaytarıldı. Beləliklə, iki ildən artıqdır ki ilk dəfə olaraq az sayda azərbaycanlı ermənilərin işğal etdiyi torpaqlara qayıtdı və 1994-cü ildən etibarən ilk dəfə olaraq nəzarət xətti dəyişdi".

Müəllif yazır ki, Cocuq Mərcanlıdan təxminən bir neçə kilometr şimalda, 1990-cı illərdə atəşə tutularaq dağıdılmış Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin çobanyastığı sahələri ilə və dağıntılarla əhatə olunmuş qəbiristanlığı var.

O qeyd edir ki, 2017-ci ilin iyul ayında erməni qoşunları yaxınlıqdakı Alxanlı kəndini atəşə tutarkən azərbaycanlı uşaq və onun nənəsi öldürülüb.

"Əl-Cəzirə" əməkdaşı bildirir ki, Azərbaycan hökumət məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün yeni şəhərciklərin salınmasına xeyli vəsait sərf edib. Rəsmilər hesab edir ki, 1,2 milyon məcburi köçkün və qaçqının 350 mindən çoxu yeni mənzillərə köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti