...

Düşmən əsgərləri döyüş bölgəsini özbaşına tərk edərək fərarilik edirlər - MN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2020 23:43 (UTC +04:00)
Düşmən əsgərləri döyüş bölgəsini özbaşına tərk edərək fərarilik edirlər - MN

Bakı. Trend:

Oktyabrın 7-si gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib.

Trend Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

1-ci və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti