...

QORAN LENMARKER: DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN SÜLH YOLU İLƏ HƏLLİ ÜÇÜN "QIZIL İMKAN" VAR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2005 12:08 (UTC +04:00)

(Regnum) - Bu gün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün "qızıl imkan" var. O, "qələbə-qələbə" konsepsiyasının gerçəkləşdirilməsi zamanı Azərbaycan və Ermənistanın vəziyyətdən daha az itki ilə çıxacağını bildirib. Tərəflər həmin problem üzrə danışıqları intensivləşdirməlidir. Belə bir bəyanatla ATƏT-in Parlament Assambleyasının Vaşinqtonda keçirilən 14-cü illik sessiyasında həmin təşkilatın Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi isveçli Qoran Lendmarker çıxış edib.

ATƏT PA-nın mətbuatla iş üzrə məsul işçisi Jan Durenin bildirdiyinə görə, Lenmarker nümayəndə heyəti rəhbərlərinə müvafiq mövzu üzrə məruzə təqdim edib. Sənəddə münaqişənin ATƏT-in Minsk qrupunun himayəsi altında sülh yolu ilə həllinə dair məruzəçilərin fikirləri əksini tapıb.

Lenmarker vurğulayıb: "Qarabağ mınaqişəsi dondurulmalıyıb. Hər il tərəflərin təmas xəttində çoxlu insan həlak olur". "Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur. Faktiki olaraq, münaqişəni həll etməyə və tərəflərin özünəməxsus, iqtisadi, sosial problemlərinə son qoymağa zərurət var", - deyə o əlavə edib.

İsveç parlamentariyi "demokratiya və inteqrasiyanın son sülhün fundamental təminat komponenti" olan müvafiq Avropa təcrübəsinə əsaslanmağı təklif edib. "Güclü Avropa və beynəlxalq institutlar istənilən an Ermənistan və Azərbaycana köməklik etməyə hazırdır. Bu, gözəl təklifdir və o, faydalı olmalıdır", - deyə Lenmarker bildirib.

O, həmçinin Azərbaycan və Ermənistan parlament nümayəndəliklərinin fəaliyyətinə böyük fayda verdiyini qeyd edib. "Son halda iki hökumət arasında sülh razılığı əldə olunacaq, parlamentin rolu ictimaiyyətin məlumatlandırılması və razılıqların yerinə yetirilməsi zamanı ölçülməz olacaq", - deyə o bildirib.

Qeyd edək ki, Qoran Lenmarker ATƏT PA-nın Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi vəzifəsinə 2002-ci ilin iyununda təyin olunub və o vaxtan Ermənistan və Azərbaycana bir neçə dəfə baş çəkib, eləcə də tərəflərin ictimai dairləri ilə görüşlər keçirib. O, ATƏT-in Minsk qrupu həmsədrləri ilə də görüşüb.

Xəbər lenti

Xəbər lenti