...

PAULA DOBRYANSKİ: ABŞ AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN QARŞIDAKI SƏFƏRİNİN SƏMƏRƏLİ OLACAĞINA İNANIR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyul 2005 20:11 (UTC +04:00)

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və Azərbaycan və Ermənistan prezidentlərinin avqust ayında nəzərdə tutulmuş görüşünün nəticə etibarilə səmərəli olacağına inanır. Trend agentliyinin məlumatına görə, belə bir bəyanatla ABŞ dövlət katibinin qlobal məsələlər üzrə müavini Paula Dobryanski (Paula Dobriansky) Bakıda keçirdiyi mətbuat konfransında çıxış edib.

P. Dobryanski erməni-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqların sonuncu mərhələsini "konstruktiv və müsbət" adlandıraraq qeyd edib ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri də həmçinin "nikbin" əhval-ruhiyyədədir".

"Biz əminik ki Dağlıq Qarabağ probleminin müsbət həlli həm Azərbaycan, həm də Ermənistan üçün sərfəli olacaq", -deyə P. Dobryanski qeyd edib.

Xəbər lenti

Xəbər lenti