...

Vardan Oskanyan: Azərbaycan və Ermənistan prezidentləri iyunda görüşə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2006 15:09 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü 2006-cı il iyunun əvvəlində keçirilə bilər. Bu barədə mayın 5-də Ermənistanın Avropa Şurasına daxil olmasının 5 illiyinə həsr olunmuş forumda bu ölkənin xarici işlər naziri Vardan Oskanyan bəyan edib. Ancaq o, görüşün harada keçiriləcəyi ilə bağlı məlumat verməyib.

Trend in xəbər verdiyi kimi, ER XİN başçısı onu da qeyd edib ki, may ayı ərzində ATƏT Minsk qrupu həmsədrlərinin regiona səfəri gözlənilir.

Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü 10-11 fevral 2006-cı ildə Rambuyedə (Fransa) keçirilib. Ancaq bu görüşdə heç bir razılaşma əldə olunmayıb. Bu barədə Novosti Armeniya xəbər verir.

Xəbər lenti

Xəbər lenti