...

Araz Əzimov: Dağlıq Qarabağ icmalarına müəyyən iqtisadi və siyasi azadlıqların verilməsi tam mümkündür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2006 20:34 (UTC +04:00)

Dünyada münaqişəli vəziyyətlərin nizamlanması təcrübəsi kifayət qədər genişdir, lakin hər bir problem özünəməxsusluğu ilə fərqlənir. Nəticədə Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasında konkret "presedentlər"dən danışmaq tamamilə səhvdir. Trend agentliyinin məlumatına görə, Azərbaycanın xarici işlər naziri müavini Araz Əzimov "Triest şəhərinin iqtisadi muxtariyyatı" təcrübəsindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında istifadəsi haqqında bəyanatları belə şərh edib.

"Dövlətlərin ərazi bütövlüyü amilinə əsaslanan konkret təcrübə göz qabağındadır. Yəni tərəflər ərazi bütövlüyü prisipindən çıxış edərək razılığa gəlir" - deyə A.Əzimov vurğulayıb. O deyib ki, bu müstəvidə hər hansı bir region əhalisinin iqtisadi azadlıqların təminatı tam mümkündür.

"Yəgin ki, mədəni irsin qorunub saxlanılması və inkiaşfına, eləcə də insan haqları kimi müəyyən siyasi azadlıqların təminatına da ehtiyac var" - deyə o əlavə edib. Nazir müavini deyib ki, bu məsələ Azərbaycan hökuməti, Qarabağın erməni və azərbaycanlı icmaları arasında "xüsusi müəyyənləşdirilmiş format" əsasında həll oluna bilər.

Xəbər lenti

Xəbər lenti