...

Rəfael Hüseynov: "Azərbaycan Ermənistanı mənfi obraz olaraq Nazirlər Komitəsində hədəfdə saxlayıb"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Oktyabr 2006 13:48 (UTC +04:00)

Məqsəd Ermənistanın işğalçı siyasətini faktlarla ifşa etməkdir. Trend xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, professor Rəfael Hüseynov Avropa Şurası Nazirlər Komitəsində ermənilərin işğalçı siyasəti ilə bağlı ünvanlanan sualların nəticəsinə münasibət bildirərkən qeyd edib.

Millət vəkili bildirib ki, Avropa Şurasında müxtəlif sənəd formaları var: "Biz yalnız Nazirlər Komitəfsinə suallar hazırlamırıq, tövsiyyə üçün qətnamələr, təkliflər hazırlanır, onların əsasında da məruzələr təyin olunur. Nazirlər Komitəsinə yönələn sual da bu sənəd formalarından biridir". R.Hüseynov onu da qeyd edib ki, komitəyə yönələn istənilən sual kütləvi şəkildə nəşr olunaraq yayılır, sonra quruma üzv olan dövlətlərin bütün nümayəndələrinə göndərilir: "Sonra komitədə müzakirə edildikdən sonra cavab hazırlanıb yenidən nəşr edilir. Biz də həmin sənədlərdə çalışırıq ki, erməniləri ifşa edən məqamları təkrarən göstərək".

R.Hüseynov bildirib ki, Nazirlər Komitəsinin iclaslarında quruma üzv olan 46 dövlətin səfirləri iştirak edir: "Azərbaycan Ermənistanın təcavüzkar dövlət olduğunu həmin toplantıda gündəmə çıxarır. Ermənistan isə özünün guya təcavüzkar olmadığını isbat etməyə çalışır. Məqsəd Ermənistanı faktlarla ifşa etməkdir. Məsələlər konsensusla qəbul olunur. Bir dövlət məsələnin əleyhinə olursa qəbul edilmir. Ona görə də Ermənistanın bizim təqdim etdiyimiz sənədlər əsasında qurumdan xaric edilməsini gözləmək olmaz. Amma ermənilərin işğalçı siyasəti ilə hər dəfə məsələni gündəmə gətirməklə çatlar yaradırıq".

Millət vəkili bildirib ki, Azərbaycan Ermənistanı mənfi obraz olaraq Nazirlər Komitəsində hədəfdə saxlayıb.

Xəbər lenti

Xəbər lenti