...

Hərbi əsir Samir Məmmədovun anasının məktubu "hərbi senzura"nı keçməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2007 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.İbrahimxəlilova/ Hərbi əsir Samir Məmmədovun anası Təranə Məmmədovanın məktubu "hərbi senzura"ya uyğun olmadığından yenidən müəllifə qaytarılıb. Bu barədə Trend ə S.Məmmədovun əmisi Vidadi Məmmədov məlumat verib.

Fevralın 21-də Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) nümayəndələrinin iştirakı ilə T.Məmmədova oğluna daha bir məktub yazıb, oğullarından cavab məktubunu ailə iki gün ərzində almalıdır. V.Məmmədovun sözlərinə görə, onlar Ermənistandan cavab məktubu alanda BQXK nümayəndələri onlarla görüşəcək.

Azərbaycanın hərbi əsir, girov və itkin düşmüşlərin məsələləri üzrə Dövlət Komissiyasından bildiriblər ki, Ermənistanla danışıqların gedişatı barədə onlarda hələ ki heç bir məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti