...

Bərdə rayon İcra Hakimiyyəti Xocalı şəhidlərinin adına ehsan verdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2007 18:32 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bərdə Rayonu İcra Hakimiyyəti Xocalı rayonunun İcra Hakimiyyəti ilə birgə Bərdənin 105 saylı peşə məktəbində 200-ə yaxın Xocalı rayon məcburi köçkünləri ilə bərabər Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Mərasimdə Bərdə rayon İcra hakimiyyətinin başçısı İlham Ağayev, rayonun icra orqanlarının nümayəndələri və Xocalı rayonu İcra Hakimiyyətinin bir sıra səlahiyyətli şəxsləri iştirak edib. Mərasim iştirakçıları ilk öncə Bərdədə yerləşən Xocalı şəhidlərinin abidəsi önünə əklil və gül dəstələri qoyaraq, onların ruhuna dualar oxuyublar. Daha sonra açıq havada erməni faşistlərinin törətdiyi dəhşətli qanlı faciəədən danışan Xocalı Rayon İcra nümayəndəsi Ramiz Qəhrəmanov Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini bildirib. Məktəbli şagirdlər isə Xocalı şəhidlərinə dair şer və kiçik hekayələr söyləyiblər. Sonda isə Bərdə Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Xocalı şəhidlərinin adına ehsan verilib.

Xəbər lenti

Xəbər lenti