...

Rusiyalı həmsədr: BMT Baş Assambleyası Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2007 19:01 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/ATƏT Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun fikrincə, BMT Baş Assambleyası Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz. Azərbaycanın GUAM dövlətləri ərazisində dondurulmuş münaqişələrin BMT Baş Assambleyasının sessiyasına çıxarılması məsələsinə gəlincə, Y.Merzlyakov bildirib ki, Minsk qrupunun uzun müddət münaqişənin həlli ilə bağlı işlər aparsa da, BMT Baş Assambleyasının qərarları məsləhət xarakteri daşıyır. O, bəyan edir ki, BMT-nin qərarları məcburi xarakter daşısaydı, bir çox münaqişələr, həmçinin Yaxın Şərq münaqişəsi də həll olunardı.

Həmsədr əmindir ki, BMT çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi danışıqlar prosesini kənara qoyur.

Xəbər lenti

Xəbər lenti