...

Azərbaycanın işğal olunmuş Şuşa şəhərində Amerika şirkətinin fəaliyyəti barədə beynəlxalq qurumda məsələ qaldırılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2007 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Parlament Assambleyasının hüquq siyasəti komissiyasının iclasında Azərbaycanın işğal olmuş Şuşa şəhərinin "baş planının hazırlanması" kimi qanunsuz işdə Amerika şirkətinin də iştirak etməsi müzakirəyə çıxarılacaq. Bu barədə çərşənbə günü Azərbaycanın Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Mübariz Qurbanlı məlumat verib.

Onun sözlərinə görə, komissiyanın iclası aprelin 24-25-də keçiriləcək.

Azərbaycan nümayəndə heyəti orada müzakirələr zamanı Ermənistanın təcəvüzkar siyəsəti, qeyri-konstruktiv mövqedə dayanması barədə məsələ qaldıracaq.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti