...

ATƏT-in qoşunların təmas xəttində monitorinqi insidentsiz keçib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyul 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq çərşənbə axşamı Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinq zamanı hər hansı insident baş verməyib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jaslan Nurtazin, İmre Palatinus və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi keçiriblər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Miroslav Vımetal və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi olublar.

Ağdam paytaxt Bakıdan 380 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti