...

ABŞ səfiri Dağlıq Qarabağda qondarma "prezident seçkiləri"ndə amerikalı müşahidəçilərin iştirak etməsi barədə məlumatı təkzib edib (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyul 2007 15:23 (UTC +04:00)
ABŞ səfiri Dağlıq Qarabağda qondarma "prezident seçkiləri"ndə amerikalı müşahidəçilərin iştirak etməsi barədə məlumatı təkzib edib (video)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ ABŞ-ın Azərbaycandakı səfiri Dağlıq Qarabağda qondarma "prezident seçkiləri"ndə amerikalı rəsmi müşahidəçilərin iştirak etməsi barədə məlumatı təkzib edib. Bu barədə cümə axşamı Bakıda ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi məlumat verib.

"Biz qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırıq və buna görə də burada keçirilən seçkiləri də tanımırıq" - deyə səfir bildirib.

Bu gün KİV-lərin yaydığı məlumata görə, Dağlıq Qarabağ ərazisində 275 seçki məntəqəsi fəaliyyət göstərir, daha bir məntəqə isə İrəvandakı daimi nümayəndəlikdə açılıb. "Seçkilərin gedişi Rusiya, ABŞ, Ermənistan, həmçinin digər tanınmamış - Abxaziya, Cənubi Osetiya, Dnestryanı respublikaların nümayəndələri tərəfindən izlənilir" - deyə xəbərlərdə bildirilir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Conatan Henik amerikalıların seçkinin keçirilməsini müşahidə etmələrini istisna etməyib, amma bildirib ki, onlar ABŞ-ın rəsmi nümayəndələri deyillər.

Bu gün Dağlıq Qarabağda qondarma "prezident seçkiləri" keçirilir. Qondarma respublikanın ilk "prezidenti" 1994-cü ildə Robert Köçəryan olub. 1997-ci ildə onu Arkadi Quqasyan əvəz edib. 2007-ci ilin əvvəlində isə o, "konstitusiya" ilə göstərilən iki dəfə seçilmək hüququ ilə məhdudlaşmaq və yenidən namizədliyini verməmək niyyətini bildirib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti