...

Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələri Goranboy, Tərtər və Ağdam istiqamətində atəşkəsi pozublar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Avqust 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goranboy, Tərtər və Ağdam istiqamətində atəşkəsi pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 14-də saat 01.50-dən saat 05.15-dək Tərtər rayonunun Borsunlu kəndinin 3 km cənub-qərbində, Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 2 km cənub-şərqində, Ağdam rayonunun Başqərvənd kəndinin 2 km cənub-şərqində, Şurabad kəndinin 2,5 km cənub-şərqində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti