...

Azərbaycanda proporsional seçki sisteminin bərpa olunmasının tərəfdarları artır

Siyasət Materials 1 Oktyabr 2007 15:52 (UTC +04:00)
Azərbaycanda proporsional seçki sisteminin bərpa olunmasının tərəfdarları artır

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycanda proporsional seçki sisteminin bərpa olmasının tərəfdarları artır.

"Azərbaycanın seçki sistemində islahatlar aparılmalıdır. Proporsional seçki sisteminin ləğv olunması və bütövlükdə majoritar sistemə keçirilməsi gözlənilən effekti vermədi, ona görə də proporsional seçki sistemi bərpa olunmalıdır" - deyə bazar ertəsi Bakıda Milli Məclisin payız sessiyasının ilk iclasında iqtidaryönlü Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc bildirib.

2002-ci ilədək Azərbaycanda parlament seçkiləri qarışıq sistem üzrə- majoritar və proporsional olmaqla keçirilirdi. 2002-ci ildə Konstitusiya islahatları ilə bağlı keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub və bütövlükdə majoritar sitemə keçirilib. Müxalifət partiyaları və beynəlxalq təşkilatlar Azərbaycanda proporsional seçki sisteminin bərpasını istəyirlər. Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən bir neçə deputat da proporsional seçki sisteminin bərpası tərəfdarıdırlar.

Oruc vurğulayıb ki, Azərbaycanda proporsional seçki sisteminin ləğvi zamanı əsas götürülən arqumentlər özünü doğrultmayıb, ona görə də hazırda majoritar seçki sistemi ölkənin milli maraqlarına cavab vermir.

"Proporsional seçki sisteminin bərpa olunması ölkədə normal partiya quruculuğuna və 3-4 güclü partiyanın yaranmasına imkan verəcək. Hesab edirəm ki, Azərbaycan proporsional seçki sistemini bərpa etməklə qarışıq seçki sisteminə keçməlidir" - deyə deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti