...

AŞ PA prezidenti: "AŞ PA payız sessiyasında Azərbaycan üzrə məsələ yoxdur"

Siyasət Materials 1 Oktyabr 2007 20:40 (UTC +04:00)

Fransa, Strasburq/ Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının gündəliyində Azərbaycanla bağlı məsələ yoxdur.

Bu barədə bazar ertəsi Strasburqda mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Rene Van Der Linden məlumat verib.

Sessiyanın gündəliyi barədə danışan AŞ PA rəhbəri bir müddət öncə Türkiyənin əyalətindəki terror aktını qətiyyətlə pisləyərək, bunun regiondakı demokratiya və təhlükəsizliyə qarşı yönəldiyini bildirib. O, plenar iclaslarda bu məsələnin müzakirəsinin vacibliyini bildirib. Birmadakı qanlı toqquşmalarla bağlı isə, Linden bu ölkədəki demokratik qüvvələrə dəstəyini ifadə edib və bildirib ki, bu məsələ ilə əlaqədar, AŞPA-nın bəyanatı hazırlanır.

Linden AŞ PA-nın Gürcüstanın eks-baş naziri Zurab Jvaniyanın ölümnün səbəblərinin araşdırılması ilə bağlı missiyanın göndərilməsini təkzib edib. O, istisna etməyib ki, oktyabrın 5-də bu məsələyə AŞPA bürosu baxacaq. Məsələ, həmçinin, gürcü nümayəndə heyəti ilə görüşdə müzakirə olunacaq.

AŞ PA prezidenti qurumun insan haqları sahəsində 5 mükafat (20 min avro dəyərində) təsis etməsi barədə qərarı bildirib. O, həmçinin, 19-20 noyabrda Miqrasiya və Inteqrasiya barədə günlərin keçirilməsi niyyətini bildirib.

Xəbər lenti

Xəbər lenti