...

Baş prokuror əmək məzuniyyətindən qayıdıb

Siyasət Materials 8 Oktyabr 2007 10:57 (UTC +04:00)
Baş prokuror əmək məzuniyyətindən qayıdıb

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Baş prokuror Zakir Qaralov bu gündən işə çıxıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev bazar ertəsi Trend ə bildirib ki, Qaralov əmək məzuniyyətindən qayıdıb və vəzifəsinin icrasına başlayıb.

Baş prokuror sentyabrın 17-dən qısamüddətli məzuniyyətdə olub və məzuniyyətini xaricdə keçirib.

Qaralov sentyabrın 13-də qan təzyiqinin qalxması ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib, 2 gün müalicə alandan sonra sentyabrın 15-də xəstəxanadan buraxılıb.

Xəbər lenti

Xəbər lenti