...

Azərbaycan XİN başçısının müavini İspaniyaya səfər edəcək

Siyasət Materials 8 Oktyabr 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ATƏT-in təşkilatçılığı ilə keçirilən "Müsəlmanlara qarşı münasibətdə dözümsüzlük və qərəzlilik" beynəlxalq konfransında iştirak edəcək. Bazar ertəsi Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahimin jurnalistlərə verdiyi məlumata görə, oktyabrın 9-10-da Kardobada (İspaniya) keçiriləcək beynəlxalq konfransda İspaniya kralı, ölkənin xarici işlər naziri və İspaniya hökumətinin digər rəsmi şəxslərinin iştirakı gözlənilir.

Azərbaycan XİN başçısının müavini konfransda iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti