...

Tbilisidə Gürcüstan prezidentinin iştirakı ilə Qafqazda əməkdaşlıq məsələsi müzakirə olunacaq

Siyasət Materials 18 Oktyabr 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ 19-21 oktyabr tarixlərində Tbilisi şəhərində Gürcüstan prezidenti Mixail Saakaşvilinin iştirakı ilə "Qafqazda stabillik naminə əməkdaşlıq" proqramı çərçivəsində beynəlxalq konfrans keçiriləcək. Bu barədə cümə axşamı Azərbaycan Demokratik İslahatlar Partiyasından məlumat verilib.

Konfransda Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə "İpək yolu birliyinin strategiyası" mövzusunda məruzə edəcək.

Konfransın təşkilatçıları Gürcüstanın Strateji Araşdırmalar Mərkəzi və Yaponiyanın Sasakava Sülh Fondudur. Tədbiri giriş nitqi ilə Gürcüstan prezidenti Mixail Saakaşvili və Sasakava Fondunun sədri Yohey Sasakava açacaq.

Konfransın keçirilməsində məqsəd Qafqaz regionunda stabillik perspektivlərinin müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti