...

Qum adasında partlayış baş verib

Siyasət Materials 25 Oktyabr 2007 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Suraxanı rayonundakı Qum adasının ərazisində, Neft-Qaz Çıxarma İdarəsinə məxsus 208-ci meydançadakı neft buruğundan qaz püskürməsi nəticəsində, yanğına keçən partlayış baş verib və buruq uçub. Hadisə cümə axşamı gecə saat 03.55 radələrində baş verib.

Daxili İşlər Nazirlyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, yanğının söndürülməsi ilə məşğul olan Fövqəladə Hallar Nazirliyinin 54 saylı Hərbiləşdirilmiş Yanğınsöndürmə Xidmətinin rəisi Rizvan Quliyev və Natiq Abbasov xəsarət alıblar. Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti