...

"İlham Əliyev:Azərbaycanıma inanıram" adlı kitabının təqdimat mərasimi keçirilib

Siyasət Materials 30 Oktyabr 2007 12:20 (UTC +04:00)

Azərbaycan Trend müxbir S.İlhamqızı/ Rusiyalı yazıçı-publisist Mixail Ozerovun çərşənbə axşamı Azərbaycanın dövlət başçısı İlham Əliyev və onun atası eks-prezident Heydər Əliyevə həsr olunmuş "İlham Əliyev:Azərbaycanıma inanıram" adlı kitabının təqdimat mərasimi keçirilib. Kitabın müəllifi çıxışında bildirib ki, bu nəşr xarici oxuculara Heydər Əlyev haqqında məlumat almağa imkan yaradır.

"Məndən daha çox İlham Əliyev bu kitabın müəllifidir. Çünki kitabda İlham Əliyevin atası haqqında söhbəti, düşüncələri, hissləri çap edilib" Ozerov deyib.

Təqdimat mərasimində iştirak üçün Rusiyadan gəlmiş qonaqlar- Rusiya jurnalistlər ittiffaqının prezidenti Vsevolod Boqdanov, İlham Əliyevin tələbə yoldaşı, "Obozrevatel" jurnalının baş redaktoru Vladimir Ştolğ, tanınmış telejurnalist Andrey Karaulov və digərləri çıxışlarında Heydər Əliyevin hələ SSRİ rəhbərliyində işlədiyi dövründə Azərbaycanla olan bağlılığı, vətəninə və xalqına olan sevgisi, müdrik addımları barədə danışıblar.

"İlham Əliyev Heydər Əliyevin həyatında Ən böyük hadisədir" Karaulov bildirib.

Xəbər lenti

Xəbər lenti