...

"Azərbaycan yolu" Gürcüstanda ermənilər üçün qaz kəmərinin açılmasına etiraz edir

Siyasət Materials 25 Dekabr 2007 16:32 (UTC +04:00)
"Azərbaycan yolu" Gürcüstanda ermənilər üçün qaz kəmərinin açılmasına etiraz edir

Azərbaycan, Bakı/ Trend , müxbir C.Babayeva/ Çərşənbə axşamı "Azərbaycan yolu" Siyasi Hərəkatı (AYSH) Gürcüstanın ermənilər yaşayan Samsxe-Cavahetiya regionunda qaz kəmərinin açılması ilə əlaqədar etiraz bəyanatı ilə çıxış edib. Bazar ertəsi, seçki kampaniyası çərçivəsində, prezidentliyə namizəd Mixail Saakaşvili Gürcüstanın Samsxe-Cavahetiya regionuna daxil olan Axalkalaki şəhərini ziyarət edib. Səfər çərçivəsində, Saakaşvili regionun 12 kəndinin əhalisini qazla təmin edəcək 72 kilometrlik qaz kəmərinin açılış mərasimində iştirak edib. Samsxe-Cavahetiya regionun Axalkalaki və Ninoçmind rayonlarının əhalisinin 95%-i ermənilərdir. Ümumilikdə region əhalisinin 56%-ni ermənilər təşkil edir. 2002-ci ildə keçirilən əhalinin siyahıyaalınmasının nəticələrinə görə, regionda 207598 nəfər yaşayır. Ermənilərin sayı 113 347, gürcülərin 89 995, rusların 2 min, yunanların 740, ukraynalıların 162, azərbaycanlıların sayı isə, 56 nəfər təşkil edir. "Azərbaycan yolu" Siyasi hərəkatının bəyanatına görə, ermənilərin yaşadığı regionda qaz kəmərinin açılması Gürcüstandakı azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətidir. "Gürcüstanın azərbaycanlılar yaşayan regionları qazla təmin edilmədiyi halda, Mixail Saakaşvili sayca az ermənilərin qayğısına qalır" - bəyanatda bildirilir. AYSH Gürcüstanın "anlaşılmayan siyasətinə" etiraz edir və Azərbaycan hökumətini bu məsələni araşdırmağa çağırır. Azərbaycanlılar, kompakt şəkildə Gürcüstanın Kvemo-Kartli (Qardabani, Borçalı) regionunda yaşayırlar. Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda 500 min azərbaycanlı yaşayır. Azərbaycan və Gürcüstan 2008-ci ildə Azərbaycan qazının nəqli üzrə danışıqlara başlayıblar. Azərbaycan Gürcüstanın qaza olan tələbatının 50%-ni ödəyir. Gürcüstan bu il Azərbaycandan ölkəyə nəql edilən qazın həcmi qədər-gündəlik 1.3 mln. kubmetr almaq arzusunda olduğunu bildirib. "Azərbaycan yolu" Siyasi Hərəkatı müxalifət yönümlü siyasi hərəkatdır. İki il əvvəl yaranan təşkilata Rusiya Federasiyasının istefada olan ədliyyə general-leytenantı İlqar Qasımov başçılıq edir.

Xəbər lenti

Xəbər lenti