...

İstehlak Mallarının Ekspertizası Mərkəzi Dövlət Xidmətinə verildi

Siyasət Materials 6 Mart 2008 02:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə yeni fərman imzalayıb.

Sənədlə İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi ləğv edilir. Mərkəzin (laboratoriyaları ilə birlikdə) balansında olan əmlak İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin tabeliyindəki hüquqi şəxs olan qurumların balansına verilsin.

Sənəddə deyilir ki, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tabeliyində olan qurumları vasitəsilə sifarişçilərin müraciətləri əsasında ödənişli yolla idxal və ixrac olunan, eləcə də istehlak bazarında dövriyyədə olan istehlak mallarının keyfiyyətinin, mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların aparılmasını, onların nəticələrini təsdiq edən sənədlərin verilməsini və bununla bağlı digər zəruri tədbirləri həyata keçirsin.

Nazirlər Kabinetinə və İİN-nə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılı.

Xəbər lenti

Xəbər lenti