...

Azərbaycan prezidenti NATO-nun sammitində iştirak etmək üçün Buxarestə gəlib

Siyasət Materials 2 Aprel 2008 16:01 (UTC +04:00)

Rumıniya, Buxarest, 02 aprel/ " , müxbir Ü.Əliyev/ Azərbaycan prezidenti İlham Əliyev NATO-nun sammitində iştirak etmək üçün aprelin 2-də Buxarestə gəlib. Dövlət başçısını səfərdə ölkənin birinci xanımı Mehriban Əliyeva, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev və digər rəsmi şəxslər müşayiət edirlər.

Dövlət başçısının çərşənbə gününə olan səfər planına Gürcüstan prezidenti Mixail Saakaşvili ilə ikitərəfli danışıqlar, həmçinin, sammitə gələn nümayəndə heyətlərinin şərəfinə verilən şam yeməyində iştirak daxildir.

NATO-nun üçgünlük sammiti çərşənbə günü Buxarestdə açılır. Aprelin 3-4-də forumda NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatlarının hərbi-cəhbə arxasının təmin edilməsi ilə bağlı problemlər, Alyansa yeni dövlətlərin qəbul edilməsi ilə əlaqədar vəziyyət və Şərqi Avropada Amerikanın Raket Əleyhinə Müdafiə Sisteminin elementlərinin yerləşdirilməsi, həmçinin, yeni təhlükələr və çağırışlar şəraitində NATO-nun transformasiyası məsələləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti