...

Moskva əmək miqrantları üçün bağlı elan edilə bilər

Siyasət Materials 12 Aprel 2008 00:07 (UTC +04:00)
Moskva əmək miqrantları üçün bağlı elan edilə bilər

Azərbaycan, Bakı, 11 aprel / Trend / Rusiyanın paytaxtı Moskva şəhəri əmək miqrantları üçün bağlı elan edilə bilər. Rusiya Dumasında son müzakirələrdə anoloji təklif irəli sürülüb. Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu proseduru ilə bağlı qanun layihəsi müzakirə olunub. Trend un ANS telekanalına istinadən verdiyi məlumata əsasən, bu barədə Ümumrusiya Azərbaycan Konqresinin Moskva şöbəsinin sədri İlqar Hacıyev bildirib.

Onun sözlərinə görə, artıq uzun müddətdir ki RF Dövlət Dumasında vətəndaşlığın və qeydiyyat pasportunun alınması məsələləri müzakirə olununr. Bəzi deputatlar, Fransada baş verən əhvalatlardan narahat olduqlarına görə, Rusiyanın bağlı olmasının tərəfdarı kimi çıxış edirlər.

Hacıyev bildirdi ki, Rusiyanın Federal miqrasiya xidməti qeydiyyat sisteminin təkminləşdirməsi təklifi ilə çıxış edib və bununla belə xarici vətəndaşların qeydiyyat prosesini tezdəşdirmək istəyirlər.

"Qanun layihəsi xarici vətəndaşların qeydiyyat prsedurunu çətinləşdiri və hüquqmühafizə orqanlarına böyük səlahiyyətlər verir. Layihəyə əsasən, miqrantlar barədə məlumatlar mehmənxanalardan göndərəcək", deyə, o qeyd etdi.

Hacıyev qeyd etdi ki, Moskva bağlı şəhər elan olunsa belə, azərbaycanlılar və MDB vətəndaşlarına əziyyət çəkməyəcəklər.

"Rusiyanın, keçmiş ittifaq respublikalarının işçi qüvvəsinə ehtiyacı var", deyə, o bildirib.

Bu məsələ ilə yekun qərar 2008=ci ilin 14 aprel tarixində qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti