...

Müxalifət partiyalarının prezident seçkisini boykot etməsi problem yaratmayacaq - Prezident Aparatı rəsmisi

Siyasət Materials 23 Aprel 2008 12:52 (UTC +04:00)
Müxalifət partiyalarının prezident seçkisini boykot etməsi problem yaratmayacaq -  Prezident Aparatı rəsmisi

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir S.İlhamqızı/ Prezident Aparatının ictimai-siyasi şöbə müdiri Əli Həsənov hesab edir ki, bir sıra müxalifət partiyalarının builki prezident seçkisində iştirak etməməsi seçkidə namizəd problemi yaratmayacaq.

"Seçkini boykot etməyin hakimiyyətə hər hansı mənfi və ya müsbət təsiri yoxdur" - deyə Həsənov çərşənbə günü Trend a açıqlamasında bildirib.

Üç müxalifət partiyasını birləşdirən "Azadlıq" bloku ölkədə demokratik seçki mühiti yaradılmayacağı təqdirdə, bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisini aktiv boykot edəcəyini açıqlayıb. Azərbaycan Milli İstiqlal Partiyası, Açıq Cəmiyyət Partiyasında da hesab edirlər ki, demokratik şərait olmayacağı təqdirdə, prezident seçkisində iştirakdan imtina edə bilərlər.

Prezident Aparatında isə hesab edirlər ki, hər bir seçkidə iştirak edib-etməmək hər bir partiyanın öz işidir: "Bu, hakimiyyəti narahat etmir"-deyə Həsənov bildirib.

O, əlavə edib ki, partiyaların seçkilərdə iştirak edib-etməmələri liderlərinin bəyanatları ilə müəyyən olunmamalıdır. Buna partiyaların ali orqanları, qurultayları qərar verməlidir.

"Builki prezident seçkisində də müxalifətdən kifayət qədər namizəd iştirak edəcək. Ona görə də namizəd problemi olmayacaq"- deyə Prezident Aparatı rəsmisi bildirib.

Hakim Yeni Azərbaycan Partiyası hazırkı prezident İlham Əliyevin hakimiyyətin namizədi olacağını açıqlayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti